Ağcabədidə qardaş bacısını amansızlıqla qətlə yetirdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədidə dəhşətli qətl hadisəsi baş verib.
Faciə rayonun Aran kəndində qeydə alınıb. Dəhşətli hadisə yaşayış məntəqəsindən bir neçə kilometr aralıda, boş sahədə olub.
Kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanı qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyev çoxsayılı bıçaq xəsarətləri yetirərək, öldürüb.
Qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Xudaverdiyevlər ailəsi iddia edir ki, hadisəyə səbəb Lamiyə Abdullayevanın həyat yoldaşının ailə üzvləri olub. Mərhumun bibisi Elyanə Həşimova bildirib ki, Lamiyənin baldızı öz məşuqəsi ilə əlbir olub, Lamiyəyə tələ qurublar.
Qeyd edək ki, qadın ailəli olub, iki azyaşlı övladı var.
Oxşar xəbərlər
Baldızı öldürən şəxsə hökm oxundu - VİDEO
Sumqayıt şəhərində baldızını öldürən şəxsə hökm oxunub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol Stansi...