Ağa Nemətulla küçəsindəki "sürücü özbaşınalığı"na son qoyuldu
Bakının Ağa Nemətulla küçəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozma halları ilə bağlı tədbirlər görülüb. Xatırladaq ki, ərazidəki kəsişmədə sürücülər heç bir yol nişanının tələbinə riayət etmirdilər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.Az-a verilən məlumata görə, qeyd edilən ərazidə asfalt örtüyü yenidən bərpa olunub və xətlənmə işləri görülərək hərəkətin düzgün qaydada tənzimlənməsi təmin edilib.
Bundan əlavə, sözügedən küçələrin kəsişməsində yol nişanlarının tələblərinə riayət etməyən sürücülər barəsində xüsusi texniki vasitələrin köməyi ilə elektron qaydada qanunauyğun tədbirlər görülür.
Oxşar xəbərlər
Azərbaycanda yol qəzaları 344 can aldı
Cari ilin 11 ayı ərzində 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 344 nəfər ölüb, 335 nəfər isə yaralanıb. Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İd...