Aeroport yolunda qəza: “Shacman” işıq dirəyinə çırpıldı - VİDEO

14
okt
2019
08:58
Bakıda yük maşını işıq dirəyinə çırpılıb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə aeroport yolunda baş verib.Məmmədov Kamal Mirzə oğlunun idarə etdiyi “Shacman” markalı, çınqılla dolu yük maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb.Sürücü açıqlamasında bildirib ki, hərəkət zamanı mühərrik qəfil söndüyü üçün avtomobili idarə edə bilməyib.Zərbənin təsirindən işıq dirəyi aşıb, yük maşınına ciddi zərər dəyib.Ətrafa yanacaq dağıldığı üçün dərhal əraziya yanğından mühafizə bölməsinin yanğınsödürmə briqadası cəlb olunub.Hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxşar xəbərlər
"KİA" idarəetmədən çıxdı işıq dirəyinə çırpıldı - FOTO
Şəmkir rayonunda ağır yol qəzası baş verib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Bakı-Qazax avtomagistralının Şəmkir rayonundan keçən his...
