Aeroport yolunda avtoqəza olub, ölən var
Bakının Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və "XPeng" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Minik avtomobilinin sərnişini xilas edilib, həyatını itirmiş sürücü, Mansur Güləxan oğlu İmanovun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlanıb - RƏSMİ
Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barəd...