Aeroport yolunda avtomobilə qəza etdi - VİDEO

02
okt
2019
09:26
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hava limanı istiqamətində hərəkətdə olan və Gürcüstan dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil dəmir arakəsməyə çırpılıb.İdarəetmədən çıxan avtomobil bir neçə dövrə vuraraq beton səkiyə də dəyib. Sürücü isə hadisə yerindən uzaqlaşıb.Əraziyə BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin olunub.Qeyd edək ki, qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib.Fakt araşdırılır.
Oxşar xəbərlər
Sumqayıtda zəncirvarı qəza - yaralılar var - VİDEO
Sumqayıtda zəncirvarı qəza baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb."Opel Zafira" markalı avtomobil qarşıs...
