Başı telefona qarışan sürücü qəzaya səbəb oldu - VİDEO

14
avq
2019
08:40
Bakıda sürət həddinin aşılması, eyni zamanda sürücünün diqqətinin yayınması nəticəsində yol qəzası baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.Belə ki, 10 VG 401 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman onu idarə edən sürücü Zaur Hüseynovun diqqətini mobil telefon yayındırıb.Nəticədə o, idarəetməni itirirək işıqforun qırmızı işığında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
Bakıda yolu keçən piyada 4 avtomobilin toqquşmasına səbəb oldu
Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.BAKU.WS Report-a istinadla xəbər verir ki, qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.Məlumata...
