Aeroport yolunda ağır qəza: bir nəfər öldü - FOTO

Aeroport yolunda ağır qəza: bir nəfər öldü - FOTO
Foto
Hadisə 229

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, qəza aeroport şossesində qeydə alınıb.

“Opel” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman eyni istiqamətdə gedən motosikletə çırpılıb.

Zərbənin təsirindən motosikletin sürücüsü bir neçə metr irəliyə düşüb.

Motosiklet sürücüsü - təxminən 25 yaşlı şəxs xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Onun kimliyi Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyənləşdirilir.

Avtomobilin sürücüsü isə izahatı alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb.

Avtomobil və deformasiyaya uğramış motosiklet cərimə meydançasına yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər