Abşeronda qadına bıçaqla zorakılıq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda kişi küçədə qadına qarşı zorakılıq edib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, özünü qadının əri kimi qələmə verən şəxs bıçaqla onu hədələyərək ayaqyalın evdən çıxarıb.
Hadisəyə şahidlik edənlər həmin şəxsin narkotik vasitənin təsirində olduğunu iddia edirlər.
DİN mətbuat xidmətinin əməkdaşı Nurlan bildirib ki, məsələdən məlumatlıdırlar.
“Həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına təhvil verilib”.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...