ABŞ-da azərbaycanlı öz evində güllələnib - FOTO

ABŞ-da azərbaycanlı öz evində güllələnib  - FOTO
Foto
Hadisə 1042
ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evinə girməyə çalışan iki nəfərə mane olmaq istərkən güllələnib.BAKU.WS xəbər verir ki, bu barədə "Report" ABŞ KİV-inə istinadən xəbər verir.Polisdən verilən məlumata görə, hücum dünən gecə, təxminən, saat 22:00 radələrində törədilib. Hücum edənlərdən biri N.Salamova bibər qazı fışqırdıb, ikinci isə hadisə yerindən qaçmazdan əvvəl atəş açıb. N.Salamov aldığı güllə yarasından bir neçə saat sonra xəstəxanada keçinib. Onun iki uşağı var idi. Evə basqın və törədilən cinayət zamanı uşaqlar evdə, yan otaqda olublar.Yerli polis rəhbəri N.Salamovun qəsdən öldürüldüyünü düşünür.Qeyd olunur ki, öldürülən azərbaycanlı heç bir kriminal keçmişə malik olmayıb, bir neçə işdə, o cümlədən yerli banklardan birində işləyib, tanışları isə onun haqqında müsbət fikirlər söyləyiblər.

Oxşar xəbərlər

Səmkir sakini evində güllələnib

Səmkir sakini evində güllələnib

Səmkir rayon sakini evində güllələnib.BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü...

1023 Hadisə 18:58 02 may 2019

Son xəbərlər