ABŞ yüzlərlə azərbaycanlını deportasiya etməyə hazırlaşır
ABŞ yüzlərlə azərbaycanlını deportasiya etməyi planlaşdırır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq siyahı ABŞ İmmiqrasiya və Gömrük Polisi tərəfindən dərc edilib.
Məlum olur ki, sənəddə 709 azərbaycanlının adı var.
Qurumun hesabatına görə, ümumilikdə 1,4 milyondan çox insanın ölkədən deportasiya edilməsi planlaşdırılır. Onların arasında Honduras, Qvatemala, Salvador, Meksika, Nikaraqua, Kuba, Braziliya, Çin və Kolumbiya vətəndaşları üstünlük təşkil edir.
Burada maraqlı bir məqam var. ABŞ 845 nəfəri Yuqoslaviyaya deportasiya etməyi planlaşdırır. Lakin bu dövlət artıq mövcud deyil, onun yerinə Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Serbiya, Sloveniya yaranıb. İnsanların dəqiq hara deportasiya ediləcəyi hələ məlum deyil.
Oxşar xəbərlər
Bakıda bayram tonqalı yanğına səbəb oldu
Bakının Xətai rayonu ərazisində bayram tonqalı yanğına səbəb olub. Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, Əhmədli Şirvani 2 ü...