ABŞ-da 11 sentyabr günü daha bir dəhşət yaşanır (VİDEO)
11
sen
2017
09:47
"İrma" qasırğası Florida ştatında 4 nəfərin ölümünə səbəb olub. BAKU.WS-in məlumatına görə, Floridadakı dalğaların 5 metrə çatdığı bildirilir. Ştatda insanlara evləri tərk etmək barədə əmr verilib. Evlərində qalanlara isə otaqlarda dayanmaq və pəncərələrə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib. Qasırğanın Tampa və Sankt-Peterburq kimi qərb şəhərlərində də təsirli olacağı gözlənilir. Qeyd edildiyi kimi, qasırğanın vurduğu Florida da nüvə obyektləri ehtiyat tədbirləri üçün bağlanıb. Qasırğanın sürəti saatda 130 km / saat sürətə çatıb və güclü yağış yağıb. Mayamidən təxminən 6 milyon insan öz evlərindən evakuasiya edilmiş və öz imkanları ilə sığınacaq və ya şimalındakı əyalətlərə aparılıb. BAKU.WS
Oxşar xəbərlər
"İrma" qasırğası ABŞ-a yaxınlaşır, 6,3 milyon insan təhlükədə (VİDEO)
Mərkəzi, Latın Amerikası ölkələri sakinləri, həmçinin ABŞ-da artıq təbii fəlakətlər hər yeri viran qoyub. BAKU.WS-in məlumatına görə, "İrma" qasırğası ABŞ-ın cə...