98 saylı bağçada uşaqlara niyə ətli yeməklər verilmir?

98 saylı bağçada uşaqlara niyə ətli yeməklər verilmir?
Video
Hadisə 131

98 saylı uşaq bağçasında balacalara dövlət tərəfindən ayrılmış ət verilmir.

Bu barədə övladı həmin bağçaya gedən valideyn BAKU.WS-in "qaynar xətti"nə şikayətində bildirib.

Onun sözlərinə görə, uşaqlar bağçada zəif qidalanır və ac qalır:

"Uşaqlar evə ac gəlirlər. Normal yemək verilmir. Menyuda salatlar, ət yeməkləri yer alır, ancaq realda heç nə yoxdur".

Bundan başqa valideyn iddia edir ki, bağçada qanunsuz olaraq pulla uşaq qəbul edilir:

"Pulunu verib gələnlərə dövlətin ayırdığı yeməklər verilir. Bizim uşaqlar isə ac qalır", - deyə valideyn vurğulayıb.

Sözügedən bağça ilə əlaqə saxlamaq istəsək də təəssüf ki, zənglərimiz cavabsız qaldı. Qarşı tərəf iddialarla bağlı açıqlama verəcəyi təqdirdə xəbər yenilənəcək.

Son xəbərlər