VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha bir avtobus yanğın təhlükəsi ilə üzləşib.

BAKU.WS xəbər verir ki, ötən gün 14 nömrəli avtobusun axşam saatlarında alışması barədə məlumat və görüntülər yayılıb. Kadrlardan avtobusun arxa hissəsinin tüstüləndiyi açıq-aydın görünür. Sürücü dərhal müdaxilə edərək yanğının böyüməsinin qarşısını alıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Təqdim olunan foto və video görüntülərdən də aydın olur ki, hər hansı bir yanğın hadisəsi olmayıb. Avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsilə nasazlıq qısa vaxtda aradan qaldırılıb. Avtobus depoya yola salınıb".

Xatırladaq ki, bir neçə gün ərzində "BakuBus"a məxsus iki avtobus alışıb. 

BAKU.WS
VİDEO