Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşlı qadın meyiti tapılıb.

Rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, qadın skoçla bağlanıb və boğulduğu üçün ölüb. Onun 1947-ci il təvəllüdlü Əzizə Həsənova olduğu müəyyənləşib.
Qadın öldürüldüyü evdə tənha yaşayırmış. İndi onun qatili axtarılır. İlkin ehtimala görə, onu tamah məqsədilə öldürüblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS