14 yaşı qızla cinsi əlaqəyə girən azərbaycanlıya 25 il cəza

14 yaşı qızla cinsi əlaqəyə girən azərbaycanlıya 25 il cəza
Hadisə 8669

Türkiyədə azərbaycanlı gənc 25 il müddətində azadlıqdan məhrum edilə bilər.

BAKU.WS məlumat verir ki, Əhməd Quliyev adlı azərbaycanlı gənc 14 yaşlı Türkiyə vətəndaşını cinsi istismar etməkdə ittiham olunur. 

Əhməd Quliyev Türkiyə vətəndaşı N.D ilə internetdə tanış olub. Naxçıvanda mühasib işləyən 26 yaşlı Əhməd qızı görmək üçün bir neçə dəfə Türkiyənin Adana şəhərinə gedib. Görüşdən sonra Əhmədlə 14 yaşlı qız evlənmək qərarına gəliblər. Lakin N.D-nin ailəsi qızın az yaşlı olmasını səbəb gətirərək evliliyə qarşı çıxıblar.

Ancaq qız Əhmədlə görüşməyə davam edib. Xalasıgilə getmək adı ilə evdən çıxan az yaşlı qız Əhmədlə otellərin birində görüşüb. Onunla birlikdə olacağı təqdirdə ailəsinin icazə verəcəyini deyib. Bundan sonra onlar bir neçədə dəfə əlaqədə olublar. 

Olanları anasına danışan qız ona Əhmədlə evlənməklərinə icazə verməklərini istəyib. Lakin ailəsi yenə qarşı çıxıb. Ailəsinin şikayəti əsasında Əhməd Quliyev həbs olunub.  

Əhməd Quliyevə qarşı az yaşlıya cinsi istismar ittihamı ilə açılan cinayət işinin isitintaqı başa çatıb. Prokuror Quliyevə 25 il həbs cəzası istəyib. Yaxın günlərdə Əhməd Quliyevin məhkəmə prosesi keçiriləcək.

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

Əri və qaynanası 18 yaşlı gəlini fahişəliyə məcbur etdi (VİDEO)

Əri və qaynanası 18 yaşlı gəlini fahişəliyə məcbur etdi (VİDEO)

Türkiyənin Adana şəhərində arvadını və gəlini fahişəliyə məcbur edən ana-oğul tutulub. BAKU.WS-in məlumatına görə, 26 yaşındaki Hakan F. və anası 44 yaşındaki...

9143 Hadisə 17:30 26 avqust 2015

Son xəbərlər