Yük və minik maşınları toqquşdu - VİDEO

14
avq
2020
09:42
Abşeron rayonunda yük maşını minik avtomobili ilə toqquşub.
BAKU.WS BAKU.TV-ya istinadən xəbər verir ki, qəza rayonun Novxanı və Saray kəndlərini birləşdirən yolda baş verib.
31 yaşlı Vicay Baxışov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi “KamAZ” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb. Ağır xəsarət alan sürücü Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...