VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürün Zərdab rayonundan keçən hissəsində 3 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İsmayılova Nahidə Rəşadət qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS