Səkkiz SMS göndərdi, cavab gəlməsə də, evdən çıxdı, həbs edildi - VİDEO

Səkkiz SMS göndərdi, cavab gəlməsə də, evdən çıxdı, həbs edildi - VİDEO
Video
Hadisə 387

Cəlilabadın Əliqasımlı kənd sakini Tural Mehdiyev karantin qaydalarını pozduğu üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS baku.tv-yə istinadən xəbər verir ki, o, həmin gün aldığı icazənin müddəti bitdikdən sonra yenidən dəfələrlə 8103-ə SMS göndərib.

8 dəfə ardıcıl göndərdiyi SMS-ə cavab gəlməməsinə rəğmən, Tural Mehdiyev yaşadığı yeri tərk edib və buna görə saxlanılıb.

Onun barəsində toplanılmış materiallar rayon məhkəməsinə göndərilib və T.Mehdiyev 10 sutka inzibati qaydada həbs edilib.

Son xəbərlər