VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Cəlilabad rayonunda qaz istismar sahəsinin işçiləri borclu abonentlərin hücumuna məruz qalıblar.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənddə borclu abonentləri qaz xətləri kəsilən zaman bir neçə yerli sakin idarənin qaynaqçısını döyüb. Bu vaxt kənd sakinlərini ayırmağa çalışan digər işçilərə də hücum olub. Nəticədə Qaz İstismar Sahəsinin 3 əməkdaşı müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə də məlumat verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS