VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyindən fitnes təlimatçısı Kamil Zeynallının iştirak etdiyi dava barədə açıqlama verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə ilə bağlı Qobu polis bölməsində araşdırma aparılır.

“Hadisə Bakı-Şamaxı yolunda yerləşən karantin postunda qeydə alınıb. Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq Qobu Polis Bölməsinə gətiriblər.

Polis Bölməsində də həmin şəxslərin izahatları alınaraq sərbəst buraxılıb. Buna baxmayaraq, araşdırmalar davam etdirilir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə qurum rəsmisi bildirib.

***14:23

Abşeron rayonu ərazisində fitnes təlimatçısı Kamil Zeynallı dava salıb.

BAKU.WS xəbər verir ki, iyunun 16-da Qobu qəsəbəsində olarkən Kamil Zeynallı bir vətəndaşla dalaşıb.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO