Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum oldu - RƏSMİ AÇIQLAMA - VİDEO

Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum oldu - RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Hadisə 8837

Azərbaycanda qadağan edilən it döyüşlərinin keçirilməsilə bağlı məlumat vermişdik.

BAKU.WS xəbər verir ki, məlumat yayılandan sonra Daxili İşlər Nazirliyindən məsələyə operativ olaraq reaksiya verilib.

Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, araşdırmalar zamanı it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub.

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib. Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Onların törətdikləri əmələ müvafiq olaraq hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir. Yekun qərar olduqda ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə Ehsan Zahidov bildirib.

E.Zahidov deyib ki, it döyüşləri təşkil edən şəxslərin 6 nəfər olduğu müəyyən edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yazılanlara görə, “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Forumun məqsədi itlərin pulla döyüşlərini təşkil etməkdir. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklər iştirak edir. Narkotik tərkibli iynələr vurulan itlər bir-birləri ilə ölənədək döyüşdürülür. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Məğlub heyvanın başı kəsilərək cəsədi daha cavan itlərə yedirdilir. Bunu cavan itlərin qan iyini alaraq daha ağzın olması üçün edirlər.

Oxşar xəbərlər

Son xəbərlər