Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 164-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndinin ərazisində qeydə alınıb. Ağdam rayon sakini Eyvaz Məmmədov idarə etdiyi BMW markalı avtomobili aşırıb.
 
Nəticədə E.Məmmədovun sərnişinlərindən, arvadı 1964-cü il təvəllüdlü Almas Məmmədova hadisə yerində ölüb. Özü və digər sərnişinləri - oğlu Əsgər və qızı Aytac xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS