Bakıda qadın küçədə döyüldü - Əl çantası oğurlandı

Bakıda qadına hücum edilərək soyğunçuluq törədilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Yasamal rayon A. Şərifzadə küçəsində naməlum şəxs Bakı şəhər sakini D. Babayevanın sinəsindən yumruqla vuraraq içərisində 540 manat olan pul, təqaüd kartları və sənədləri olan əl çantasını quldurluq yolu ilə talayıb.
Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Ramin İsmayılov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə qandonduran hadisə — Azyaşlı qızları zorladı, çılpaq fotolarını çəkdi və ...
Azyaşlı qızları zorlayan, seksual xarakterli hərəkətlər edən, 14 il azadlıqdan məhrum edilən 30 yaşlı oğlan cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət ed...
