SİZİN REKLAM BURADA!
055 213 76 73


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü xəstə mayın 27-si saat 15:40-da ETACXİ-yə daxil olub.

Xəstə həkim müayinəsindən keçərək aidiyyəti üzrə şöbəyə yerləşdirilib və zəruri müalicə tədbirləri seçilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək çatışmazlığı, ağciyər ödəmi, ağciyər vərəmi, ÜXÇ, sinus taxikardiuası, durğunluq pnevmoniyası ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

BAKU.WS