VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Ötən gün Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb”.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

O qeyd edib ki, baş verən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb:

“Faktla bağlı ekspertizalar təyin edilib”.

Qeyd edək ki, dünən Mingəçevirdə “Opel” markalı minik avtomobilinin qadın sürücüsü maşını kütləyə çırpıb. Nəticədə, 13 nəfər xəsarət alıb, onlardan 10-u uşaq olub.

BAKU.WS