SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ucarda öldürülən gəlin Səbinə Rəhimovanın qətlinin şok təfərrüatı məlum olub.

BAKU.WS Femida.az-a istinadən xəbər verir ki, Səbinə Rəhimova Rusiya Federasiyasında anadan olub və orada yaşayıb. Onun anası da milliyətcə rus olub. Anası vəfat etdikdən sonra internat məktəbində qalan qız sonradan Xoşqədəm Hidayətqızının verilişi vasitəsi ilə atasını tapıb. Bundan sonra təxminən bir il əvvəl atası onu Rusiya Federasiyasından Azərbaycana gətirib. Ucar rayonunda Ramil Nəsirov adlı bir oğlanla tanış olub və ailə qurub.

Dünən baş tutan toy gecəsi Ramil Nəsirov Səbinə Rəhimovanın bakirə olmamasını iddia edərək onu yataqda qətlə yetirib. Bu zaman yataq otağından çölə çıxan Ramil yengənin gözləməsini xahiş edib. Təxminən 10 dəqiqə sonra yengə otağa girən zaman gəlinin al qan içərisində olduğunu görüb. Ramil gəlini xüsusi amansızlıqla öldürməyə çalışıb və ağır yaralanmış gəlini xəstəxanaya çatdırsalar da o ölüb.
 
BAKU.WS