SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu dəqiqələrdə keçmiş Sovetski küçəsinin ərazisində - M.Əliyev küçəsində şəxsi evlərdən biri yanır.
 
BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, yanğın nəticəsində ölənlər var, hazırda onların kimliyi və sayı müəyyənləşdirilir.
Yanğının aradan qaldırılması üçün FHN-in bir neçə yanğınsöndürən texnikası cəlb olunub, hadisə yerinə polis əməkdaşları gəlib.
Məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub. Xatırladaq ki, bu gün profilaktik işlərlə əlaqədar "Azəriqaz" İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı. Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.
 
***
 
APA-nın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Nəriman Nərimanov küçəsindəki beş otaqlı evdə baş vermiş yanğın zamanı ev sakini, 1936-cı il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızı tüstüdən boğularaq ölüb.

Onun gözlərinin görmədiyi bildirilir.

S. Quliyevanın həyat yoldaşı Balağa Quliyev və oğlu, Hacıağa Quliyev yanıq xəsarətləri alıblar.

Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Yanğın baş vermiş əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın söndürülüb.

 
BAKU.WS