SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycan Beynəlxalq Bankının (ABB) Idarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacanağı həbs edilib. 
 
BAKU.WS-in haqqın.az-a istinadla verdiyi məlmata görə, Azərbaycan Beynəlxalq Bankının iflasında rol oynayan şəxslərin adları müəyyən olunur. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Cahangir Hacıyevin bacanağı, biznesmen İsmayıl Hidayətzadə bir müddət əvvəl həbs edilib.

Biznesmen Nərimanov məhkəməsinin qərarıyla 4 ay müddətinə həbs-qəti-imkan tədbiri seçilib. İ.Hidayətzadə həmçinin Bakıda tütün zavodunun yaradılmasına görə ABB-dan 100 milyon dollar kredit alıb. İstintaqın gedişinə əsasən kreditin təyinatı üzrə xərclənmədiyi ehtimal olunur.

İ.Hidayətzadə Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanasında saxlanılır. 
 
ŞAHİN Həbibov 
BAKU.WS