SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Vidadi Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS “demokrat.az”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zaur Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 21-nə təyin olunub.

İttihama görə, Vidadi Məhərrəmov Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil edib. O, bir neçə qadından ibarət qrup yaradıb və onların ayrı-ayrı kişilərlə görüşməsini təşkil edib.

Bunun müqabilində Vidadi Məhərrəmov maddi gəlir əldə edib.

Polisin keçirdiyi əməliyyat nəticəsində Vidadi Məhərrəmov həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub.

BAKU.WS