Bulvarda intihar edən sevgililərin görüntüsü yayıldı - VİDEO

Bu gün səhər saatlarında Bakı Bulvarında baş verən intihar hadisəsi ilə bağlı görüntülər yayılıb.
BAKU.WS “Bakupost”a istinadən xəbər verir ki, görüntülərdə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir.
Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özlərini dənizə atıblar.
Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas edə bilsələr də, gənc qız boğularaq ölüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər.
Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.
Oxşar xəbərlər
Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT
Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib. BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad...
