Azərbaycanda maşın dərəyə aşdı: Ata və iki yaşlı oğlu öldü

Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb.
Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb.
Nəticədə 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun iki yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb.
Qəza zamanı avtomobildə bir ailənin 6 üzvü olub.
Onlar - Elnarə Hacıbaba qızı Rəhimli (1993-ci il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cıı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017- ci il təvəllüdlü) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, hadisəyə ərazidəki qalın qar və buz örtüyü səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ – Ölən və yaralılar var
Lerik rayonunda ağır yol qəzası baş verib. BAKU.WS "report”a istinadən xəbər verir ki, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb. Bel...
