Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ – Ölən və yaralılar var

22
fev
2020
13:12
Lerik rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS "report”a istinadən xəbər verir ki, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb.
Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb. Nəticədə bir azyaşlı uşaq hadisə yerində ölüb.
Yaralılardan biri Lerik Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq Lənkərana gətirilən yaralı yolda dünyasını dəyişib.
Qəza zamanı avtomobildə bir ailənin 6 üzvü olub.
İlkin məlumata görə, hadisəyə ərazidəki qalın qar və buz örtüyü səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Tovuzda içərisində bir ailənin üzvləri olan UAZ dərəyə aşdı - FOTO
Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Kirən kəndində qeydə alınıb. Sürücünün idarə...
