Azərbaycandakı ağır qəzanın dəhşətli görüntüləri - VİDEO

Azərbaycandakı ağır qəzanın dəhşətli görüntüləri - VİDEO
Video
Hadisə 3929

Gəncə şəhərində bir nəfərin ölümü, iki nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzasının dəhşətli videosu yayılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, “Mercedes” markalı avtomobilin hasara çırpılması nəticəsində Ramin Hüseynov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan daha iki nəfər, 1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Abbasov və 1988-ci il təvəllüdlü Səbuhi Akif oğlu Həsənov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılardan biri Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, digəri isə özəl xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər