Kürdəmirdə ağır qəza - FOTO

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü, 1982-ci il təvəllüdlü Muradov Sənan Qabil oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda gedən 1996-cı il təvəllüdlü Dadaşov Bəymurad Sırac oğlunun idarə etdiyi traktora çırpılıb.
Zərbənin gücündən traktor yoldan çıxaraq aşıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan traktorun sürücüsü Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzaya səbəb “Mercedes” markalı nəqliyyat vasitəsinin sürətlə hərəkət etməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Kürdəmirdə maşın aşıb, 5 nəfər yaralanıb - VİDEO
Kürdəmir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunu...
