Ağstafada ağır yol qəzası: Ölən və yaralılar var

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, avtoqəza rayonun Saloğlu yolunda qeydə alınıb.
Məlumata görə, "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlərdən Kor-Xəlifəli kənd sakinləri - 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və 2013-cü il təvəllüdlü İsmayılov Turxan Fərrux oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, qəzaya uğrayanlar bir ailənin üzvləri olub, nişandan qayıdırmışlar.
Oxşar xəbərlər
İsmayıllıdakı dəhşətli qəzada ölən və yaralananların adları bilindi - SİYAHI
Bu gün İsmayıllıda Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikro...