VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonunda qonşular arasında dava qanla bitib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qızılhacılı kəndində baş verib.

Mübahisə zəminində 21 yaşlı Faiq İsgəndərov bıçaqlanıb. O, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə yerindəcə keçinib.

İlkin məlumata görə, Faiq İsgəndərovu qonşusu qətlə yetirib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb. Qətli törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKU.WS