8 yaşlı azərbaycanlı görənləri heyrətləndirir - VİDEO

8 yaşlı azərbaycanlı görənləri heyrətləndirir - VİDEO
Video
Hadisə 1263
 

2-ci sinif şagirdi görənləri heyrətləndirir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Mingəçevirdə yaşayan Nihad Ağayev, məşhur hollivud aktyoru Jan-Klod Van Dammın hərəkətlərini yaşının az olmasına baxmayaraq məharətlə təkrarlıyır.

Kiçik pəhləvan əvvəlcə iki avtomobilin üzərində olan stullarda "şpaqat" açır. Sonra eyni hərəkəti yanaşı gedən avtomobillərin üstündə davam etdirir. Qeyri-adi gücə malik Nihat Ağayev avtomobili dişi ilə dartmaqla ətrafdakıları da şoka salır. Uşaq atasına məxsus avtomobili yerindən bir neçə metr hərəkətə gətirməyi bacarıb.

Oğlunun qeyri-adi gücə malik olduğunu deyən Emin Ağayev, övladını 4 yaşından məşqlərə aparıb. Emin Ağayev oğlunun qeyri-adi bacarıqları ilə Ginnesin rekordlar kitabına düşəcəyinə inanır. 

BAKU.WS

Son xəbərlər