Sumqayıtda saxta əsginas çap edən şəxs tutulub.

BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3 620 manatlıq saxta əsginas götürülüb.

Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə "HP" markalı printer aşkar edilərək götürülüb.
 
BAKU.WS