SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonu ərazisində, Maştağa körpüsü yaxınlığında baş verən qəza ilə bağlı rəsmi məlumat verilib.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər saat 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

Şəhər istiqamətində hərəkət olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən “VAZ-2107” markalı minik avtomobili çıxıb.

Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsi idarəetməni itirib.

Nəticədə avtobus yoldan kənara çıxıb.

Qəza nəticəsində 7 sərnişinin yüngül xəsarət aldığı bildirilir.

Yaralılardan 5-i kişi, ikisi qadındır.

Qəza nəticəsində xəsarət alanlar təcili yardım həkimləri vasitəsilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.

***09:37

Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, qəza Sabunçu rayonu ərazisində, Maştağa körpüsünün üstündə qeydə alınıb.

İki minik maşını toqquşub, avtomobillərdən biri körpüdən aşıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən BAKU.WS-ə bildirilib ki, qəza nəticəsində 7 nəfər xəsarət alıblar.

Yaralılardan 5 kişi, ikisi qadındır.

Qəza nəticəsində xəsarət alanlar təcili yardım həkimləri vasitəsilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA