VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Reaktiv yaylış atəş sistemi olan "Qrad"lar "Katyuşa" sisteminin bazasında yaradılıb. Bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır.

Orduda istifadəyə 1963-cü ildə götürülüb. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırlır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıçı qurğunun hərəkət sürəti 75-90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün "Vivariy" kompleksi tətbiq edilir.
 

 

Qrad yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün, artilleriya və minomyot bataeriyalarını susdurmaq, möhkəmləndirilmiş səddlərin dağıdılması üçün tətbiq edilə bilər. SSRİ-nin Əfqanıstanda apardığı müharibə zamanı (1979—1989) geniş tətbiq olunub.
 

 

"Qrad"da aşağıdakı raketlərdən istifadə edilə bilər:

9M22U mərmi qırıntılıarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 19,4 kg, uçuş məsafəsi 20 km.
9M22M mərmi qırıntılıarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 18,4 kg, uçuş məsafəsi 21 km.
9M22S mərmi yandırıcı başlıqla təchiz olunmuş, çəkisi 19,4 kg, uçuş məsafəsi 20 km.
9M22D təşviqat üçün vərəqlərlə təchiz olunmuş başlıq, uçuş məsafəsi 21 km.
9M22K "Kəpənək minaları" ilə təchiz olunmuş, uçuş məsafəsi 15 km.
9M22K1 5 ədəd POM-2 minlaları. uçuş məsafəsi 13 km.
9M22K2 3 ədəd PTM-3 tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
9M28F mərmi qırıntılıarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 21 kg, uçuş məsafəsi 15 km.
9M28K tank əleyhinə minalarlar, uşuç məsafəsi 13 km.
9M42 işıqlandırıcılarlatəcz olunmuş, uçuş məsafəsi 20 km.
9M43 tüstü və alov yaratmaq üçün 4 ədəd boboletlər, uçuş məsafəsi 20 km.
9M53F paraşütlə əylənclənən mərmi başlıqları cəmi 26 kq, uçuş məsafəsi 20 km.
9M217 3 ədəd MOTV-3F tipli özü hədəfini axtaran kiçik güllələr, uçuş məsafəsi 30 km.
9M218 45 ədəd tank əleyhinə bombolettlər, uçuş məsafəsi 30 km.
9M519 rabitə siqnallarının pozulması üçün ötürücü, uçuş məsafəsi 18,5 km.
9M521 mərmi qırıntılıarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 21 kg, uçuş məsafəsi 40 km.
9M522 paraşütlə əylənclənən mərmi başlıqları cəmi 25 kq, uçuş məsafəsi 38 km.
PRC-60 su altı hədəfləri məhv etmək üçün mərmi qırıntıları, çəkisi 20 kg, uçuş məsafəsi 15 km.
 
Şahin Həbibov
BAKU.WS