WhatsApp-dan daha bir yenilik (FOTO)

WhatsApp-dan daha bir yenilik (FOTO)
Şou-biznes 4160

 

Dünyanın ən məşhur mesajlaşma tətbiqi WhatsApp üçün daha bir yenilik hazırlanıb.

BAKU.WS-in məlumatına görə, "Whats Stats" adlanan yeni tətbiq siyahınızdakı şəxslərin bütün addımlarını öyrənmənizə imkan verir. Onlayn olduğunuz andan etibarən tətbiq seçdiyiniz şəxsi təqib etməyə başlayır.

Ötən il əfsanəvi bir şəkildə yayılan və WhatsApp üçün hazırlanmış ilk tətbiq olan "WhatsDog" "stalk" mədəniyyətini formalaşdırıb. İstədiyiniz adamın onlayn olub olmadığını öyrəndiyiniz bu proqram artıq "Google Play Store"da yerləşir. "WhatsStats" isə hazırda ən məşhur təbiqlər arasındadır.

Tətbiqin istifadəçilərə verdiyi məlumatlar o qədər çoxdur ki, az qala izlədiyiniz şəxsin aldığı nəfəsə qədər təqib edə bilirsiniz. Tətbiq şəxsin son görülmə zamanını, onlayn olduğu zaman kəsimlərini və ümumi onlayn olduğu müddəti, profil şəkili arxivi kimi bir çox addımını istifadəçiyə göstərir. 

Təəssüf ki, bu tətbiq "iOS" əməliyyatlar sistemi üçün hazırlanmayıb. "Apple"in bu mövzudakı rəftarı sərt olduğu üçün tətbiqin hazırlanması mümkün deyil. Lakin proqramçılara sərhədsiz azadlıq təmin edən əməliyyat sistemi "Android" ağılımıza gələn hər şeyi tətbiq formasında hazırlamağa şərait yaradır. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Whatsapp və Facebook-la bağlı maraqlı iddia

Whatsapp və Facebook-la bağlı maraqlı iddia

Whatsapp və Facebook ilə bağlı maraqlı iddia ortaya atılıb. BAKU.WS-in məlumatına görə, dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp-da Facebook ilə məl...

1282 Sosial 11:48 28 yanvar 2016

Son xəbərlər