İmamoğlu casusluq işi üzrə məhkəmədə çıxış edib
İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış rəhbəri Ekrem İmamoğlunun "siyasi casusluq" ittihamı ilə mühakimə olunduğu iş üzrə üçüncü məhkəmə iclası keçirilib.
BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, Silivridə keçirilən iclasda İmamoğlu müdafiə çıxışı edib və ona qarşı irəli sürülən ittihamlarla bağlı suallar səsləndirib. İş üzrə digər üç təqsirləndirilən şəxs də mühakimə olunur.
İmamoğlu çıxışında casusluq fəaliyyəti ilə bağlı konkret hansı məlumatı əldə etdiyini və kimə ötürdüyünü soruşub, məhkəmə prosesini tənqid edib.
İclasın sonunda prokurorluq bütün həbsdə olan təqsirləndirilən şəxslərin həbsdə saxlanılmasının davam etdirilməsini tələb edib.
Oxşar xəbərlər
Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu
Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 2...