İmişlidə avtomobil piyadanı vurub

İmişlidə avtomobil piyadanı vurub
Hadisə 263

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində İmişli-Qaravəlli-Mirili yerli əhəmiyyətli avtomobil yolunun Qaralar kəndindən keçən hissəsində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Orucov Mehman Afəddin oğlunu avtomobil vurub. Yaralı kəllə-beyin travması və daxili qanaxma ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda avtomobil 57 yaşlı piyadanı vurub

Bakıda avtomobil 57 yaşlı piyadanı vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda q...

297 Hadisə 23:02 27 dekabr 2019

Son xəbərlər