İmişlidə avtomobil ağaca çırpıldı, sürücü öldü - FOTO

İmişlidə avtomobil ağaca çırpıldı, sürücü öldü - FOTO
Foto
Hadisə 587

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi “Renault Megane” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Onun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Son xəbərlər