SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəy rayonunda yol qəzası baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza nəticəsində 1936-cı il təvəllüdlü İsa Fərman oğlu Həsənov, 1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov, 1989-cu il təvəllüdlü Vüsal Əkbər oğlu Verdiyev və 1991-ci il təvəllüdlü İsmayıl Səyyaf oğlu İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS