SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi Salyan rayonunda polis əməkdaşının özünü yandırmağa cəhd etməsinin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib edib ki, polis əməkdaşının özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb:

"Əllərindən yüngül xəsarətlər alıb və Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib.

Vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq".

Xatırladaq ki, Salyan rayonunun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üstünə alışdırıcı maddə tökərək özünü yandırmağa cəhd edib.

BAKU.WS