VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb?

2019-cu il bizim üçün hansı cinayətlərlə yadda qalıb?

BAKU.WS xəbər verir ki, 2019-cu ilin 9-cu günü paytaxt sakinləri səhəri dəhşətli yanğın hadisəsi ilə açdılar.

Həmin gün Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

Daha ətraflı təqdim etdiyimiz linklərdə tanış ola bilərsiz - https://baku.ws/incident/56056 -https://baku.ws/incident/56070

Yanvar ayında bizləri məyus edən hadisələrdən biri də Türkiyədə azərbaycanlıların da olduğu gəminin batmasıdır.

Həmin ay Samsun vilayətindən 180 km aralıda Panama bayrağı altında üzən yük gəmisi batıb. Batan gəmidə 13 nəfər olub.

Onlardan ikisi Rusiya, ikisi Azərbaycan, qalanları Ukrayna vətəndaşları olublar.

Daha ətraflı bu linkdə - https://baku.ws/incident/55953

Bu ilin yanvarında baş verən kriminal hadisələrdən biri də “Nizami” metrosu yaxınlığında baş vermişdi.

Belə ki, yanvarın 11-də saat 16 radələrində paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Həmin şəxs tutulub. Məlum olub ki, hadisə metro qatarında gənclərin birinin qızın şərfinə lağ etməsi səbəbindən baş verib.
Daha ətraflı bu linklərdə - https://baku.ws/kriminal/56406, https://baku.ws/kriminal/56244
https://baku.ws/incident/65190

Yanvar ayı həmçinin azərbaycanlı idmançının ölümü ilə yaddaşlara həkk olundu. Yanvarın 27-də gözlənilmədən vəfat edən azərbaycanlı idmançı, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədovun ölümü ilə bağlı müxtəlif söz-söhbətlər yayıldı. MMA, Qraplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov BAKU.WS-ə açıqlamasında bildirib ki, idmançı soyuqdəymədən vəfat edib.
Daha ətraflı bu linkdə tanış ola bilərsiz - https://baku.ws/sports/57149

Yanvarın 29-da daha bir acı hadisənin şahidi olduq. Bakı Dövlət Universitetinin 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə “Bakı Medical Plaza”da vəfat edib.

Onun “leptospiroz” adlı çox nadir rast gələn bir xəstəlikdən öldüyü deyilsə də, sonradan bu öz təsdiqini tapmadı.Daha ətraflı bu linklərdən tanış ola bilərsiz - https://baku.ws/incident/57864

https://baku.ws/social/57869 https://baku.ws/social/57883

Bu ilin fevral ayı da sakit keçməyib. Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla çeçenlər arasında qalmaqal yaranıb. Yaranmış qalmaqaldan sonra məsələyə münasibət bildirilib.
Daha ətraflı bu linklərdə tanış ola bilərsiz - https://baku.ws/incident/58356

Bundan başqa, Moskva şəhərində bayrağımız bir erməni tərəfindən təhqir edilib. Azərbaycan bayrağını təhqir edən şəxs cəzalandırılıb.

Daha ətraflı bu linkdə tanış ola bilərsiz - https://baku.ws/incident/58731

Fevral ayının sonunda ANS-in keçmiş işçisi 1990-cı il təvəllüdlü Pərviz Quliyevin asılmış meyiti tapılıb. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı bu linkdən tanış olmaq olar - https://baku.ws/incident/59067

Mart ayında Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub. Hadisə Volqoqrad yaxınlığındakı Frolovo şəhərində qeydə alınıb. Daha ətraflı bu linkdə tanış ola bilərsiz - https://baku.ws/incident/59582

Bu ilin mart ayının 29-da Azərbaycanda gömrük keçid məntəqəsində vətəndaş döyülüb. Gömrük işçiləri narazı vətəndaşı Biləsuvar Gömrük Məntəqəsindən çıxarmağa çalışırlar.

Lakin vətəndaş otaqdan çıxmaq istəmədikdə ona qarşı güc tətbiq edirlər. Hadisənin görüntüləri yayılıb.

Daha ətraflı bu linkdə oxuya bilərsiz - https://baku.ws/incident/60403 https://baku.ws/incident/60454

Bu ilin martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilmiş və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər.

Daha ətraflı bu linkdə oxumaq olar - https://baku.ws/incident/60544

Bu ilin aprel ayında ölkəni sarsıdan bir hadisə baş verdi. 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü pəncərədən ataraq intihar edib. Bu hadisə böyük rezonansa səbəb olub.

Daha ətraflı bu linkdə tanış ola bilərsiz - https://baku.ws/incident/60789

Aprelin 13-də İmişli şəhər sakini Validə Məmmədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Araz çayının Otuz iki kəndi ərazisindən keçən hissəsinin sahilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla V.Məmmədovanın yaşadığı evin həyətində onunla qonşu olan qaynı arvadı A.Məmmədova və Qulubəyli kənd sakini O.Seyidov tərəfindən baş nahiyəsinə yumruq və taxta parçası ilə vurulmaqla, sonradan boğularaq qətlə yetirilməsi, habelə hadisə yerinin yaxınlığında “Mercedes” markalı avtomobildə gözləyən O.Seyidovun tanışları olan həmkəndliləri, sürücü A.Surxayzadənin və sərnişini H.Cəlalzadənin köməkliyi ilə meyiti kisədə avtomobilin yük yerinə qoyub Araz çayına atmaları müəyyən edilib. Daha ətraflı bu linkdən oxuya bilərsən - https://baku.ws/incident/61195

Bu ilin iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında baş verən cinayət ölkəyə səs salmışdı.
İyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Daha ətraflı bu linkə girib oxuya bilərsiz - https://baku.ws/incident/64440

Bu ilin iyul ayında Quba rayonunun kəndlərinin birində kürəkən qaynanasını zorlayıb. Bu hadisə ölkədə böyük müzakirələr səbəb olmuşdu. 1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir - red.) hadisədən sonra hüquq mühafizə orqanlarına etdiyi şikayətini sonradan geri çəkib.

Bununla bağlı məlumatlarla təqdim etdiyimiz linklərdə ətraflı məlumat ala bilərsiz -https://baku.ws/incident/66125, https://baku.ws/incident/66209


İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hadisə zamanı "Miq-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub.

Daha ətraflı bu linklərdə oxuya bilərsiz - https://baku.ws/incident/66646 https://baku.ws/incident/66684

Avqust ayında daha bir gənc qızın intiharı gündəmi silkələyib.

Zaqatalada nişanından bir gün əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb.

Qızın özünü öldürməmişdən əvvəl Gülər İsmayılovanın son paylaşımı ortaya çıxıb.

Daha ətraflı bu xəbərdə oxuya bilərsiz - https://baku.ws/video/67054

Sentyabr ayı da ölkədə dəhşətli cinayətlə yadda qaldı. Belə ki, sentyabrın 23-də saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birində 1962-ci il təvəllüdlü Füzuli rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər məhkumluq həyatı yaşamış Firdovsi Əkbər oğlu Məhərrəmov gəlini 1989-cu il təvəllüdlü, 4 uşaq anası Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayıb. Kişi gəlininin başına balta ilə bir neçə zərbə endirib. Qadın yerindəcə keçinib. Bu hadisə ilə ətraflı tanış olmaq üçün bu linkə daxil ola bilərsiz - https://baku.ws/kriminal/70361

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında tələbələrin zəhərlənmə hadisəsi də gündəmdə böyük müzakirələrə səbəb olub. Zəhərlənən 3 tələbə qızdan biri ölüb, digərləri ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Daha ətraflı bu linklərdə tanış ola bilərsiz -
https://baku.ws/incident/74400 https://baku.ws/incident/74555


Sentyabrın 27-də Bakıda baş verən oğurluq digərlərindən maraqlı olması ilə fərqlənib və yaddaşlara yazılıb.

Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar. Hadisədə iştirak edən Səbinə oğurluğu ağlasığmaz üsul ilə törədib. Daha ətraflı bu linkdə oxuya bilərsiz - https://baku.ws/kriminal/70628

Bu ilin ən ağır və yaddaşlara yazılan hadisələrdən biri də dekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində baş verib. İki tələbə yük maşını tərəfindən vurulub.

Onlar hadisə yerində ölüblər.

Daha ətraflı bu linkdə oxuya bilərsiz - https://baku.ws/lifestyle/75916

BAKU.WS