SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, hadisə bu saatlarda baş verib.

Hadisə şahidləri təcili yardıma zəng vuranda əraziyə həkimlər cəlb olunub. Lakin həkimlər gələnə qədər gənc oğlan dünyasını dəyişib.

Hələlik kimliyi məlum olmayan həmin şəxs bıçaq zərbəsindən ölüb. Cinayət Nizami metro stansiyası yaxınlığında, Salatın Əsgərova küçəsi 64 ünvanın qeydə alınıb.


Hadisə ilə əlaqədar Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardımdan məlumat verilib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş. Öldürülən gənc 22 yaşlı Emin Şəmiyevdir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ziya SƏCCAD
BAKU.WS