"Koroğlu" metrosunun yanında qəfil ölüm: Araşdırmalara başlanıldı

Koroğlu metrosunun yanında qəfil ölüm: Araşdırmalara başlanıldı
Hadisə 10324
Bakıda "Koroğlu" metro stansiyasının girişində ölüm hadisəsi baş verib.Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.Belə ki, orta yaşlı kişi "Koroğlu" metrostansiyasının girişindəki şüşəli piramidanın yanında qəfildən yerə yıxılıb və həyatını itirib.Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb."Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı BAKU.WS-ə təsdiqləyib. o bildirib ki, hadisə "Koroğlu" metrostansiyasının daxilində baş verməyib."Hadisə ötən gün axşam saatlarında verib. İlkin ehtimala görə, kişinin ürəyi tutub", - deyə Nəsimi paşayev bildirdi.Faktla bağlı Nizami rayonu Polis İdarəsində araşdırma aparılır.BAKU.WS

Son xəbərlər