Bakıda ölümcül virusdan öldüyü deyilən qızın həkimi danışdı
08
fev
2019
14:30
Bakıda dəhşətli virusdan ölən gənc tələbə qızla bağlı “Bakı Medical Plaza”dan açıqlama verilib.Xəstəxanadan BAKU.WS-ə bildirilib ki, Nərdanə Şirvan qızı Tağızadə xəstəxanaya daxil olanda vəziyyəti kritik olub.“Xəstə daxil olanda vəziyyəti çox ağır idi. Bizə qədər o, bir neçə xəstəxada müalicə alıb. Daxil olanda vəziyyəti ağır olduğu üçün onu süni nəfəs aparatına qoşulub”, - deyə məlumatda bildirilib.Qeyd edək ki, ilk əvvəl qızın H1N1 virusuna, daha sonra leptospiroz virusuna yoluxduğundan şübhə ediblər. Lakin qızın vəziyyəti ağır olduğu üçün onun müalicəsi nəticə verməyib.Qızın həkimi Kamal Quliyev isə “unikal.org”a açıqlamasında bildirib ki, Nərdanə Tağızadə xəstəliyinin 21-ci günündə "Bakı Medical Plaza”ya gətirilib. Burdan əvvəl də 3 xəstəxanada müalicə və müayinə olunub: "Burdan əvvəl sonuncu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb.Ordan Bakı Medical Plaza”ya kəskin ağ ciyər zədələnməsi ilə gəlib. Diaqnozu kəskin "kəskin respirator distres sindromu" olub. Yəni, mərhum bu xəstəlikdən dünyasını dəyişiub. Bura gətiriləndə mərhum çox ağır vəziyyətdə idi. Yəni, N.Tağızadənin vəfat etmək səbəbi budur".Qeyd edək ki, gənc qızın ölümü ilə bağlı Səhiyyə Nazirliyi də açıqlama verib. Açıqlamada bildirilib ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təstiqini tapmayıb.Daha ətraflı “Bakıda ölümcül virusdan dünyasını dəyişənlərlə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)” adlı xəbərdən oxuya bilərsiz.Hadisə ilə bağlı N.Tağızadənin anası ilə əlaqə saxlamışdıq. Bu barədə daha ətraflı “Bakıda ölümcül virus yayıldı: BDU-ya 600 balla qəbul olan qız öldü - ŞOK HADİSƏ (FOTO)” ətraflı məlumatı oxuya bilərsiz.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakıda ölümcül virusdan dünyasını dəyişənlərlə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)
Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təstiqini tapmayıb.Bu barədə Səhi...